Главная > Dünya > Daha bir ukraynalı futbolçu həlak oldu

Daha bir ukraynalı futbolçu həlak oldu


3-04-2022, 18:23. Разместил: admin
Daha bir ukraynalı futbolçu Rusiya ilə müharibədə həlak olub.

"Azadsəs.az" “Ukrinform”a istinadən xəbər verir ki, “Çayka”nın keçmiş futbolçusu Aleksandr Suxenkonun meyiti Kiyev vilayətindəki meşədə tapılıb.

25 yaşlı mərhum hücumçu ilə birlikdə valideynləri də öldürülüb.

Daha əvvəl “Krivbas” klubunun keçmiş futbolçusu Volodimir Kolesnik, “Qostomel”dən Dmitri Martinenko, “Karpatı” (Lvov) komandasından Vitali Sapilo və “Sluç” klubunun oyunçusu Boqdan Semençuk müharibədə öldürülüb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Вернуться назад