Главная > Dünya / Manset > “Qardaş Azərbaycana keçmiş olsun”

“Qardaş Azərbaycana keçmiş olsun”


3-04-2022, 14:19. Разместил: admin
“Bu gecə Bakıda baş vermiş partlayışla əlaqədar qardaş Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq, yaralılara tezliklə şəfa diləyirəm”.

“Azadsəs.az” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Tviter hesabında yazıb.

Xatırladaq ki, bu gün saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
Вернуться назад