Главная > Dünya > Ukrayna Rusiyanın yeni itkilərini açıqladı

Ukrayna Rusiyanın yeni itkilərini açıqladı


31-03-2022, 16:00. Разместил: admin
Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyata başlayandan bu günə kimi təqribən 17 500 rusiyalı hərbçi ölüb.

“Azadsəs.az” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, Ukrayna hərbçiləri tərəfindən fevralın 24-dən etibarən Rusiya Silahlı Qüvvələrinə məxsus 614 tank, 1735 zirehli döyüş maşını, 311 artilleriya, 96 reaktiv yaylım atəşi sistemi, 54 hava hücumundan müdafiə sistemi, 135 təyyarə, 131 helikopter, 1201 avtomobil texnikası, 7 gəmi/qayıq, 83 pilotsuz uçuş aparatı, 22 xüsusi texnika və s. sıradan çıxarılıb.
Вернуться назад