Главная > Dünya > İsveçin baş naziri ölkəsinin NATO-ya üzvlüyünü istisna etmir

İsveçin baş naziri ölkəsinin NATO-ya üzvlüyünü istisna etmir


31-03-2022, 12:00. Разместил: admin
İsveçin baş naziri Maqdalena Andersson ölkəsinin hərbi alyanslara, o cümlədən də NATO-ya üzvlüyü məsələsinə yenidən baxılmasını istisna etmir.

O, bu barədə SVT telekanalına müsahibəsində bildirib.

“Mən heç bir şəkildə NATO üzvlüyünü istisna etmirəm. İttifaqlara qoşulmamaq siyasəti İsveçə yaxşı xidmət göstərdi, bizi münaqişələrdən xilas etdi. Lakin təhlükəsizlik xəritəsi yenidən tərtib edildikdə, biz də yenidən təhlil aparmalı və onun əsasında qərarlar verməliyik”, - deyə baş nazir qeyd edib.
Вернуться назад