Главная > Dünya > BMT: “Dörd milyona yaxın ukraynalı məcburi köçkünə çevrilib”

BMT: “Dörd milyona yaxın ukraynalı məcburi köçkünə çevrilib”


30-03-2022, 19:51. Разместил: admin
Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar nəticəsində ukraynalıların 3,9 milyonu qaçqın, 6,5 milyonu isə məcburi köçkün olub.

Bu açıqlama ilə BMT-nin baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya BMT-də Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib.

BMT rəsmisi əlavə edib ki, martın 27-nə olan məlumatlara görə, hərbi toqquşmalar nəticəsində Ukraynada 99-u uşaq olmaqla, 1 119 nəfər mülki şəxs həyatını itirib.

Ukrayna Baş Prokurorluğunun bu gün yaydığı məlumata görə isə, fevralın 24-dən Rusiyanın Ukraynada başlatdığı müharibədə 145 uşaq ölüb, daha 222 uşaq yaralanıb.
Вернуться назад