Главная > Dünya > Ukrayna Baş Qərargahı: “Rusiya hərbçiləri yanacağı spirtli içkiyə dəyişirlər”
Ukrayna Baş Qərargahı: “Rusiya hərbçiləri yanacağı spirtli içkiyə dəyişirlər”27-03-2022, 16:53. Разместил: admin |
![]() Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında qeyd olunub. “Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazisində hər gün orta hesabla 50-100 yaralı Sevastopol şəhərinin tibb müəssisələrinə müraciət edir. İşğalçılar müvəqqəti işğal olunmuş ərazilərdə yerli əhalini terror və qorxutmaqda davam edir. Oğurluq, insan və əmlak oğurluğu halları çoxdur”, - Baş Qərargahdan bildirilib. Məlumata görə, ölkənin Donetsk və Luqansk vilayətlərində Rusiya qüvvələrinin 7 hücumu dəf edilib. Nəticədə qarşı tərəfin 8 tankı, 8 zirehli texnikası və 3 avtomobili məhv edilib. Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri ötən gün 1 təyyarə, 12 müxtəlif tipli PUA və 2 qanadlı raketi vurub. Вернуться назад |