Главная > Dünya / Manset > Ankaradakı Azərbaycan Evində Novruz bayramı qeyd edilib - FOTO

Ankaradakı Azərbaycan Evində Novruz bayramı qeyd edilib - FOTO


24-03-2022, 20:07. Разместил: admin
Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində qədim Novruz bayramı münasibətilə tədbir keçirilib.

Bu barədə Diasporla İş Üzrı Dövlət Komitəsi məlumat yayıb.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF), Balkan Köçmənləri İqtisadi Araşdırma və Sosial Yardım Fondunun (BİSAV) və Qars, Ərdəhan, İğdır Dərnəklər Federasiyasının təşkilatçılığı ilə baş tutan bayram şənliyində rəsmi şəxslər, diplomatlar və türk dünyasının tanınmış şəxsləri iştirak ediblər.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADƏHF-in rəhbəri, professor Aygün Attar qədim və ənənəvi Novruz bayramının tarixi ənənələri və bu bayramın milli dəyərlərimizin qorunmasında oynadığı roldan danışıb. Bildirib ki, tarixi Qarabağ zəfəri sayəsində artıq ikinci ildir bütün türk dünyası Novruz bayramını xüsusi bir sevinclə qeyd edir.

Azərbaycan Evinin həyətində alovlandırılan Novruz tonqalı ətrafında toplanan iştirakçılar bayram sevinclərini bölüşüblər. Şənlik iştirakçıları tonqal üstündən atlanıb, yumurta döyüşdürüblər.

Tədbir maraqlı bədii proqramla davam edib.






Вернуться назад