Главная > Dünya > Varşava 40-a yaxın rusiyalı diplomatı ölkədən çıxarır

Varşava 40-a yaxın rusiyalı diplomatı ölkədən çıxarır


23-03-2022, 18:50. Разместил: admin
Varşava 40-a yaxın rusiyalı diplomatı casusluq ittihamı ilə ölkədən çıxarır.

Bu barədə Polşanın “Onet” portalı öz mənbələrinə istinadla bildirir.

“Polşa hakimiyyəti diplomat statusu ilə uyğunlaşmayan, diplomatiya dilində casusluq mənasını verən fəaliyyətlərinə görə 40-a yaxın rusiyalı diplomatı Polşadan çıxarmaq qərarına gəlib”, - deyə mənbədən bildirilib.

Rusiya səfirliyinin saytına görə, səfirlikdə 50-dən bir qədər çox diplomat çalışır.

“Onet”in məlumatına görə, Rusiyanın Varşavadakı səfiri Serqey Andreyev bu məsələ ilə bağlı çərşənbə günü səhər Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.

“Polşa hakimiyyətinin məlumatına görə, Polşa ərazisində Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətlər həyata keçirmiş rusiyalı diplomatların siyahısında təxminən 40 nəfər var. Onların arasında Rusiyanın Varşavadakı səfirliyinin əməkdaşları da var”, - deyə “Onet” iddia edir.
Вернуться назад