Главная > Dünya > “Ukraynadakı müharibə bunu bir daha sübut etdi”

“Ukraynadakı müharibə bunu bir daha sübut etdi”


22-03-2022, 22:00. Разместил: admin
“Ukraynadakı müharibə dünyada ikili standartların mövcudluğunu bir daha nümayiş etdirdi”.

“Azadsəs.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslamabadda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 48-ci toplantısında çıxışı zamanı deyib.

Türkiyəli nazirin sözlərinə görə, dünyanın müxtəlif regionlarında qan tökülməsi arasında fərq qoymaq yolverilməzdir.

““Ukrayna - Yaxın Şərq və Əfqanıstan deyil” söyləyənlər də var idi. Ancaq bizim üçün Türkiyədə - Xarkovda və ya Hələbdə insanların həlak olması arasında heç bir fərq yoxdur”, - Çavuşoğlu deyib.

Türkiyəli nazir vurğulayıb ki, İslam hər bir müsəlmanda sülhə can atmağı formalaşdıran dünyanın dinidir.

Çavuşoğlu Ukraynada qan tökülməsinin dayandırılmasına çağırıb.
Вернуться назад