Главная > Dünya / Manset > “Ukraynaya yaz əvəzinə müharibə gəlsə də...”

“Ukraynaya yaz əvəzinə müharibə gəlsə də...”


20-03-2022, 16:40. Разместил: admin
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə səfir öz feysbuk səhifəsində yazıb.

“Baharın, dirçəlişin, firavanlığın, həyat və əmin-amanlığın rəmzi olan gözəl Novruz bayramı münasibətilə qardaş Azərbaycan xalqını təbrik edirəm!

Ukraynaya yaz əvəzinə müharibə gəlsə də, əziz azərbaycanlılar, əminəm ki, biz ailə rahatlığının, sizin kimi əsl dostlarla səmimi və şən görüşlərin xoşbəxtliyini yenidən hiss etmək üçün bu zülməti dəf edəcəyik!

Novruz bayramınız mübarək!”, - deyə səfir bildirib.


Вернуться назад