Главная > Dünya > Pentaqonun rəhbəri: “Rusiya ilə münaqişə heç kimə lazım deyil”
Pentaqonun rəhbəri: “Rusiya ilə münaqişə heç kimə lazım deyil”20-03-2022, 10:26. Разместил: admin |
Pentaqonun rəhbəri Lloyd Ostin CNN telekanalına müsahibəsində deyib ki, ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək və bu ölkə üzərində uçuşa qadağa zonası yaratmayacaq. O bildirib ki, ştatlarla Rusiya arasında qarşıdurma heç kimə lazım deyil. “Prezident açıq şəkildə bildirdi ki, bizim hərbçilər Ukraynada Rusiya Federasiyası ilə döyüşlərdə iştirak etməyəcək”, - deyə Ostin bildirib. O vurğulayıb ki, uçuşa qadağa zonasının yaradılması ABŞ-ın birbaşa iştirakı deməkdir, çünki belə halda rejimi pozanlara qarşı tədbir görməli olur. “Bu, o demək olardı ki, biz Rusiyaya qarşıyıq, söhbət iki nüvə nəhəngindən gediriki nüvə gücündən gedir. Onların müharibəyə qatılmasını heç kim görmək istəməz”, - deyə Ostin bildirib. O, ABŞ-ın NATO ölkələrinin ərazisinin hər qarışını müdafiə edəcəyini də vurğulayıb. Вернуться назад |