Главная > Dünya > Braziliyada Teleqram bloklandı

Braziliyada Teleqram bloklandı


19-03-2022, 08:35. Разместил: admin
Braziliya Ali Federal Məhkəməsinin qərarı ilə ölkə ərazisində Teleqram bloklanıb.

Bu barədə “Azadsəs.az” xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, qərar Telegramın yalan məlumat yayan istifadəçilərin bloklanması ilə bağlı məhkəmə qərarına cavab verməməsindən sonra qəbul edilib.

Məsələ ilə bağlı Teleqramın rəhbəri Paver Durov da açıqlama yayıb.

“Deyəsən, bizim korporativ ünvanlarımızla Braziliyanın Ali Məhkəməsi arasında elektron məktubların yönləndirilməsi ilə bağlı problemimiz var. Bu anlaşılmazlıq nəticəsində məhkəmə Teleqramın bloklanmasına qərar verdi. Komandamız adından Braziliyanın Ali Məhkəməsindən üzr istəyirəm. On milyonlarla braziliyalı ailəsi, dostları və həmkarları ilə əlaqə saxlamaq üçün Teleqramdan istifadə etdiyi üçün məhkəmədən xahiş edirəm ki, qərarın bir neçə gün təxirə salınması məsələsini nəzərdən keçirsin. Braziliyada nümayəndə təyin etməklə vəziyyəti düzəldə bilərik”, - Durov bildirib.
Вернуться назад