Главная > Dünya / Manset > Rusiya Xəzər dənizindən Ukraynaya raketlər atır

Rusiya Xəzər dənizindən Ukraynaya raketlər atır


18-03-2022, 23:16. Разместил: admin
“Ukrayna hərbi qüvvələri Rusiyanın Xəzər dənizindən də raket atmasını qeydə alır. Onların izinə düşmək çətindir”.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının mətbuat katibi Yuri İqnat “RBC Ukrayna”ya müsahibəsində danışıb.

"Hakimiyyətin vəzifəsi raketin uçduğu barədə xəbərdarlıq etməkdir. Biz raketlərin əksəriyyətini aşkar edirik, onların haradan buraxıldığını və uçuş istiqamətini görürük. Əgər o, məsələn, Krımdan Kiyev istiqamətində uçursa, sonra yol boyu tədricən hava hücumu siqnalı işə salınır. Alqoritmə uyğun olaraq, onun hara vura biləcəyini hesablayırıq. Amma strateji raketdaşıyıcılardan, hətta Xəzərdən belə buraxılışların edildiyi hallar da olub - bunları izləmək çox çətindir”, - deyə İqnat bildirib.

O qeyd edib ki, istənilən halda hava hücumu siqnalı səslənəndə insanlar öz təhlükəsizlikləri üçün bütün tədbirləri görməlidirlər.
Вернуться назад