Главная > Dünya / Manset > Braziliyada “Deltacron” ştamına ilk yoluxma halları aşkarlandı

Braziliyada “Deltacron” ştamına ilk yoluxma halları aşkarlandı


16-03-2022, 20:23. Разместил: admin
Braziliyada koronavirusun “Deltacron” ştamına ilk yoluxma halları aşkar olunub.

“Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin səhiyyə naziri Marselo Keyroqa açıqlayıb.

Onun sözlərinə görə, ölkədə iki nəfərdə sözügedən ştama yoluxma qeydə alınıb. Yoluxanlardan biri Amapa, digəri isə Para ştatında aşkar olunub.

Mütəxəssislər belə hesab edirlər ki, “Deltacron” koronavirusun “Delta” və “Omicron” ştamlarının birləşməsi ola bilər.
Вернуться назад