Главная > Dünya > Üç ölkənin baş naziri Kiyevdə görüşdü - Foto

Üç ölkənin baş naziri Kiyevdə görüşdü - Foto


16-03-2022, 13:16. Разместил: admin
Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevdə görüşüblər.

“Azadsəs.az” unian.net-ə istinadən xəbər verir ki, Polşanın hakim “Hüquq və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski də Ukraynanın paytaxtındadır.

Polşa hökumətinin başçısı Mateuş Moravetski öz Twitter səhifəsində görüşdən foto paylaşıb.

"Məhz burada, müharibənin tüğyan etdiyi Kiyevdə tarix cərəyan edir. Məhz burada azadlıq zülm dünyası ilə mübarizə aparır. Məhz burada hər birimizin gələcəyi tarazlanır. Aİ Ukraynanı dəstəkləyir və Ukrayna dostlarının köməyinə arxalana bilər – biz bu gün bu mesajı verdik”, - deyə o qeyd edib.

Nümayəndə heyətinə Polşanın baş naziri Mateuş Moravetski, baş nazirin müavini Yaroslav Kaçinski, Çexiyanın baş naziri Petr Fiala və Sloveniyanın baş naziri Yanez Yanşa daxildir.


Вернуться назад