Главная > Dünya / Manset > Rusiya Trüdoya da sanksiya tətbiq etdi

Rusiya Trüdoya da sanksiya tətbiq etdi


15-03-2022, 23:30. Разместил: admin
Rusiya Xarici İşlər Nazirliyi Rusiyaya girişi qadağan edilən Kanada vətəndaşlarının, o cümlədən Kanadanın Baş naziri Castin Trüdo, xarici işlər və müdafiə nazirləri Melani Coli və Anita Anandın da yer aldığı sanksiya siyahısını dərc edib.

“Azadsəs.az” xəbər verir ki, siyahı Kanadanın rusiyalı deputatlara sanksiyalarına cavab olaraq hazırlanıb.

Trüdo ilə yanaşı, Kanada parlamentinin İcmalar Palatasının əksər deputatları da daxil olmaqla, ümumilikdə 313 nəfərə məhdudiyyət qoyulub.
Вернуться назад