Главная > Dünya > Kiyevdə ikigünlük komendant saatının səbəbi açıqlandı

Kiyevdə ikigünlük komendant saatının səbəbi açıqlandı


15-03-2022, 22:00. Разместил: admin
Xəbər verdiyimiz kimi, Kiyev meri Vitali Kliçko bu gün paytaxtda martın 15-i saat 20:00-dan martın 17-si səhər saat 07:00-a kimi komendant saatı tətbiq olunduğunu elan edib.

“Azadsəs.az”ın Ukrayna KİV-nə istinadən məlumatına görə, Kliçko iki günlük komendant saatı tətbiq olunmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, şəhərdə vəziyyətin mümkün kəskinləşməsi gözlənilir.

"Bu qərar vəziyyətin mümkün kəskinləşməsi ilə əlaqədardır . Bu isə şəhərimizin əhalisinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradır", - Kliçko deyib.

Merin sözlərinə görə, komendant saatı tətbiq etmək qərarı hərbi administrasiya tərəfindən verilib.
Вернуться назад