Главная > Dünya / Manset > Zelenski “Birinci kanal”da etiraz edən Marinadan danışdı
Zelenski “Birinci kanal”da etiraz edən Marinadan danışdı15-03-2022, 11:17. Разместил: admin |
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz etməkdən çəkinməyən ruslara təşəkkür edib. “Azadsəs.az” xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib. Zelenski çıxışında Rusiyanın “Birinci kanal”ının canlı efirində “Müharibəyə yox!” deyən Marina Ovsyannikovaya da təşəkkürünü çatdırıb: “Həqiqəti çatdırmaqdan əl çəkməyən, dezinformasiya ilə mübarizə aparan ruslara minnətdaram. Xüsusən də Rusiyanın “Birinci kanal”ının studiyasına daxil olan, müharibə əleyhinə plakat açan qıza. Mübarizə aparmalısınız, şansınızı əldə verməməlisiniz”. Qeyd edək ki, ötən gün Rusiyanın “Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz edilib. Belə ki, telekanalın əməkdaşı Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub. O, üstündə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılan plakatla efirdə bir neçə saniyə görünüb. Hadisədən sonra kanalın redaktoru olduğu bildirilən Marina saxlanılıb. Вернуться назад |