Главная > Dünya / Manset > Xarkovda dağıdılan yaşayış evlərinin sayı açıqlandı

Xarkovda dağıdılan yaşayış evlərinin sayı açıqlandı


14-03-2022, 23:20. Разместил: admin
Xarkov meri İqor Terexov bildirib ki, Rusiya ordusunun davamlı atəşi nəticəsində şəhərdə 600-ə yaxın yaşayış binası dağıdılıb və onları bərpa etmək mümkün deyil.

“Azadsəs.az” Ukrayna mediasına istinadən xəbər verir ki, Terexovun sözlərinə görə, Xarkovda 50 məktəb, bir sıra tibb müəssisələri, o cümlədən doğum evləri bombalanıb.

“Biz insanları köçürməli, yardım çatdırmalıyıq. Biz həmçinin isti yeməklər təşkil edirik, insanları dərmanlarla, o cümlədən insulinlə təmin edirik. Şəhərdəki vəziyyətə nəzarət edirik", - mer vurğulayıb.
Вернуться назад