Главная > Dünya > “Kiyevi hər ikinci sakin tərk edib”
“Kiyevi hər ikinci sakin tərk edib”10-03-2022, 18:24. Разместил: admin |
“Hazırda hər ikinci sakin təhlükəsizlik problemlərinə görə Kiyevi tərk edib”. “Azadsəs.az” xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko “Rada” kanalının efirində bildirib. “Hazırda burada 2 milyondan az əhali yaşayır. Buna baxmayaraq, Kiyev indi qalaya çevrilib. Hər küçə, hər bina, hər keçid məntəqəsi möhkəmləndirilib”, - deyə o əlavə edib. Qeyd edək ki, Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı başlatdığı xüsusi hərbi əməliyyatdan öncə Kiyev əhalisinin sayı 2 954 564 nəfər təşkil edib. Вернуться назад |