Главная > Dünya / Manset > “Hilton” və “Hyatt” otel şəbəkələri də sanksiyalara qoşuldu
“Hilton” və “Hyatt” otel şəbəkələri də sanksiyalara qoşuldu10-03-2022, 10:45. Разместил: admin |
“Hilton” və “Hyatt” otel şəbəkələri Rusiyada yeni otel açılışlarını dayandırdıqlarını elan ediblər. “Azadsəs.az” xəbər verir ki, “Hilton” şəbəkəsi verdiyi açıqlamada Rusiyadakı bütün yeni fəaliyyətlərini dayandırdığını, həmçinin bu ölkədə əldə etdiyi gəliri Ukraynaya humanitar yardım üçün istifadə etmək niyyətində olduğunu bildirib. Otel şəbəkəsinin açıqlamasında zərər çəkmiş bütün işçilərə ödəniş olunacağı qeyd edilib. “Hyatt” otel şəbəkəsi də Rusiyada yeni fəaliyyətlərini və bu ölkəyə hər hansı yeni investisiyanı dayandırdığını bildirib. “Biz ABŞ hökumətinin hazırkı sanksiyalarına və direktivlərinə əməl edərək Rusiyadakı otellərin fəaliyyətini qiymətləndirməyə davam edəcəyik və bu böhranı həll etməyə ümid edəcəyik”, - deyə bəyanatda bildirilir. Вернуться назад |