Главная > Dünya / Manset > “Türkiyənin İsraildəki səfirliyi yenidən açılacaq”

“Türkiyənin İsraildəki səfirliyi yenidən açılacaq”


9-03-2022, 21:39. Разместил: admin
Türkiyənin İsraildəki səfirliyi yenidən açılacaq.

“Azadsəs.az” xəbər verir ki, bu barədə israilli jurnalist Barak Ravid tviter hesabında yazıb.

"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mənə aprelin əvvəlində İsrail və Fələstinə səfər edəcəyini, xarici işlər naziri Yair Lapidlə səfirlərin yenidən təyin olunmasını müzakirə edəcəyini söylədi”, - o qeyd edib.

Jurnalist qeyd edib ki, Çavuşoğlunun ziyarəti aprelin 3-də baş tutacaq. Ravid əlavə edib ki, bu, Türkiyə XİN rəhbərinin İsrailə 15 il sonra ilk səfəri olacaq.
Вернуться назад