Главная > Dünya > Rusiyanın Ukraynada daha bir generalı öldürüldü
Rusiyanın Ukraynada daha bir generalı öldürüldü8-03-2022, 10:00. Разместил: admin |
Rusiya ordusunun daha bir generalı Ukraynada döyüşlər zamanı öldürülüb. “Azadsəs.az” xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Söhbət Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordu komandanlığının Qərargah rəisi, general-mayor Vitali Gerasimovdan gedir. Onunla yanaşı, bir sıra yüksək rütbəli zabitlərin də zərərsizləşdirildiyi bildirilir. Qeyd edək ki, bundan əvvəl Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Andrey Suxovetski də Ukrayna ilə müharibə zamanı həlak olmuşdu. Вернуться назад |