Главная > Dünya > Nyu-Yorkda 10 nəfərlik qruplarda toplaşmağa icazə verildi

Nyu-Yorkda 10 nəfərlik qruplarda toplaşmağa icazə verildi


23-05-2020, 09:11. Разместил: azadses
Nyu-York ştatında koronavirus infeksiyası səbəbindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlər yüngülləşdirilib və insanların 10 nəfərlik qrup halında toplaşmasına icazə verilib.
“Azad Səs” xəbər verir ki, bu barədə müvafiq açıqlama ştatın qubernatoru Endryu Kuomonun saytında yayımlanıb.
Əvvəllər verilmiş qərarın dəyişdirildiyi, dini mərasimlər, habelə Xatirə Günü (25 May) ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün 10-a qədər adama toplaşmaq imkanı verildiyi qeyd edilib. Bununla birlikdə, sosial məsafə və infeksiyanın yayılmasının qarşısını almaq üçün digər tədbirlər hələ də qüvvədədir.
Qeyd edək ki, ABŞ-ın Con Hopkins Universitetinin məlumatına görə, ölkədə 1,6 milyondan çox koronavirus hadisəsi qeydə alınıb, 96 min nəfər ölüb, 350 min nəfər sağalıb.

Вернуться назад