Главная > Dünya / Manset > Rusiya-Ukrayna müharibəsi necə bitəcək? - Üç ssenari var

Rusiya-Ukrayna müharibəsi necə bitəcək? - Üç ssenari var


7-03-2022, 15:38. Разместил: admin
Rusiyanın Ukraynaya qarşı xüsusi hərbi əməliyyatı başlayandan hadisələrin gələcək inkişafının üç ssenarisi mövcuddur.

“Azadsəs.az” “The New York Times”a istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Tomas Fridman bildirib.

Birinci ssenari

Eskpert hesab edir ki, əgər Qərb Putini dayandıra bilməsə, rusiyalı liderin məqsədi Ukraynanı yer üzündən silmək olacaq. Bu ssenari hərbi cinayətlərin Avropanın nasistlərin dövründən bəri görmədiyi miqyasına gətirib çıxara bilər.



İkinci ssenari

Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunmağa başlayacaq və hər iki tərəf güzəştə getməyə məcbur olacaq.

“İndi de-fakto Rusiyanın nəzarətində olan Ukraynanın şərq anklavları atəşkəs razılaşması və Rusiya qoşunlarının çıxarılması qarşılığında formal olaraq Rusiyaya veriləcək, Ukrayna isə heç vaxt NATO-ya daxil olmayacağını açıq şəkildə vəd edəcək. Eyni zamanda, ABŞ və müttəfiqləri Rusiyaya qarşı yeni tətbiq olunan bütün iqtisadi sanksiyaları aradan qaldırmağa razılaşacaq”, - deyə ekspert qeyd edib.

Fridmanın sözlərinə görə, bu ssenari az ehtimal olunur, çünki o, əslində, Putindən Ukraynanın reinteqrasiyası ilə bağlı fikirlərini reallaşdıra bilmədiyini etiraf etməyi tələb edəcək.



Üçüncü ssenari

Ən az ehtimal olunan ssenari rusiyalıların ayağa qalxacağı və Putini devirəcəklərindən ibarətdir:

“Minlərlə insan artıq Putinin ağlasığmaz müharibəsinə etiraz əlaməti olaraq küçələrə çıxır. Onlar bunu öz təhlükəsizliklərini riskə ataraq edirlər. Bu barədə danışmaq çox tez olsa da, onların müqaviməti qorxu baryerinin aradan qaldırıldığını və kütləvi hərəkatın nəticədə Putinin hakimiyyətinə son qoyacağını düşünməyə vadar edir”.


Вернуться назад