Главная > Dünya > “Rusiya Ukraynada 11 min hərbçisini itirib”

“Rusiya Ukraynada 11 min hərbçisini itirib”


6-03-2022, 13:44. Разместил: admin
“Çox ağır müharibədir. Təcavüzkar ağır itkilər verir”.

“Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Tviter hesabında yazıb.

“Martın 6-sı səhər saatlarına olan məlumata görə, Rusiya 11000-ə yaxın hərbçisini, 300-ə yaxın tankını, 40-dan çox təyyarəsini və 48 helikopterini itirib.

Onlarla artilleriya sistemi məhv edilib. Ukraynalılar bütün bunları 10 gün ərzində ediblər. Və daha çox şey edəcəklər”, - Podolyak bildirib.
Вернуться назад