Главная > Dünya > Yaponiya dörd Rusiya bankının aktivlərini donduracaq

Yaponiya dörd Rusiya bankının aktivlərini donduracaq


3-03-2022, 15:08. Разместил: admin
Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar çərçivəsində dörd Rusiya bankının, o cümlədən VTB-nin aktivlərini donduracaq.

“Azadsəs.az” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi ölkənin Maliyyə Nazirliyinin rəhbəri Şunçi Suzukiyə istinadən məlumat yayıb.

Sözügedən aktivlərin hansı növü, eləcə də digər bankların adları hələ dəqiqləşdirilməyib.

“Biz bu tədbirləri G7-yə üzv olan digər ölkələrlə birlikdə tətbiq etmək niyyətindəyik. SWIFT-dən ayrılan bütün bankların aktivləri dondurulur”, - nazir qeyd edib.
Вернуться назад