Главная > Dünya / Manset > BMT-nin Ukraynaya böyük yardım planı açıqlandı

BMT-nin Ukraynaya böyük yardım planı açıqlandı


1-03-2022, 20:52. Разместил: admin
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Rusiyanın hücum etdiyi Ukraynada yaxın aylarda baş verəcək humanitar böhran üçün BMT-nin planlaşdırdığı əsas yardım paketini açıqlayıb.

“Azadsəs.az” xəbər verir ki, baş katib bu barədə BMT-nin Cenevrədəki qərargahında Nyu-Yorkdan "Humanitar Yardımın Birgə Təşviqi və Qaçqınlara Regional Müdaxilə Planı" mövzusunda iclasda bildirib.

Quterreş Ukraynadakı müharibə səbəbindən milyonlarla insanın köməyə ehtiyacı olacağını bildirib.

"Hələ son hərbi hücumdan əvvəl humanitar təşkilatlar Ukraynanın şərqində üç milyon insanı əhatə edirdi. İndi biz bu proqramları genişləndirəcəyik və lazım olan hər yerdə ölkə daxilində yeni əməliyyatlar quracağıq. Hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş və köçkün düşmüş altı milyondan çox insanın artan humanitar ehtiyaclarını üç ay ərzində ödəmək üçün biz Ukrayna daxilində 1,1 milyard dollar, qonşu ölkələrə sığınan ukraynalılar üçün isə 551 milyon dollar tələb edirik",- Quterreş deyib.
Вернуться назад