Главная > Dünya / Manset > Ukrayna-Rusiya nümayəndə heyətlərinin görüşündə fasilə elan edildi - YENİLƏNİB + VİDEO

Ukrayna-Rusiya nümayəndə heyətlərinin görüşündə fasilə elan edildi - YENİLƏNİB + VİDEO


28-02-2022, 18:22. Разместил: admin
Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlarda fasilə elan edilib.

Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.

Görüş fasilədən sonra davam edəcək.

Mənbə: TASS

14:23

Belarusun Qomel vilayətində Rusiya ilə Ukrayna arasında danışıqlar başlayır.

Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir.

Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.

“Sputnik Belarus” xəbər verir ki, danışıqlarda Belarusun xarici işlər naziri Vladimir Makey də iştirak edir.



13:02

Ukrayna nümayəndə heyəti Belarusla sərhəddə Rusiya ilə danışıqların keçiriləcəyi rayona gəlib.

Bu barədə Ukrayna Prezidenti Ofisinin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov, Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ukraynanın üçtərəfli təmas qrupundakı nümayəndə heyətinin sədri Andrey Kostin, deputat Rüstəm Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski daxil olub.

Danışıqlarda əsas tələbin atəşin dərhal dayandırılması və qoşunların Ukrayna ərazisindən çıxarılması olduğu bildirilir.
Вернуться назад