Главная > Dünya / Manset > “Zelenskini öldürmək üçün Kiyevə 400-dən çox muzdlu göndərilib” - The Times

“Zelenskini öldürmək üçün Kiyevə 400-dən çox muzdlu göndərilib” - The Times


28-02-2022, 13:25. Разместил: admin
“Ukraynanın paytaxtı Kiyevdə Kremlin göstərişi əsasında 400-dən çox muzdlu fəaliyyət göstərir”.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın “The Times” nəşri yayıb.

“Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxs olan oliqarx Yevgeni Priqojin tərəfindən idarə olunan “Vaqner” adlı özəl hərbi şirkət 5 həftə əvvəl Afrikadan muzdlular göndərib. Muzdluların missiyası Ukrayna Prezidenti Vladimir Zelenskini və hökumət üzvlərini qətlə yetirmək və hökumətin Rusiyanın nəzarətinə keçməsi üçün zəmin yaratmaq olub”, - deyə məlumatda qeyd olunub.
Вернуться назад