Главная > Dünya > Nigeriyada Lassa qızdırması 86 nəfərin həyatına son qoyub

Nigeriyada Lassa qızdırması 86 nəfərin həyatına son qoyub


28-02-2022, 10:40. Разместил: admin
Nigeriyada ilin əvvəlindən bəri Lassa qızdırmasından ölənlərin sayı 86-ya çatıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.

Mərkəzin mütəxəssislərinin sözlərinə görə, fevralın 14-dən 21-dək ölkədə bu təhlükəli xəstəlikdən 21 xəstə dünyasını dəyişib, 91 yeni yoluxma faktı aşkarlanıb. Qeyd olunub ki, bir ildən artıqdır davam edən hazırkı epidemiyada ölüm halları 19% təşkil edir.
Вернуться назад