Главная > Dünya > Fransa Rusiya üçün hava məkanını bağlayır

Fransa Rusiya üçün hava məkanını bağlayır


27-02-2022, 18:38. Разместил: admin
Fransa hava məkanını bütün Rusiya təyyarələri və aviaşirkətləri üçün bağlayır.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Jan-Batist Cebbari özünün tvitter hesabında bildirib.

Onun sözlərinə görə, qadağa bu axşamdan etibarən tətbiq olunacaq.

“Rusiyanın Ukraynaya təcavüzünə Avropa tam birliklə cavab verir” – nazir paylaşımında qeyd edib.
Вернуться назад