Главная > Dünya / Manset > Türkiyə Rusiyanı Ukraynadakı əməliyyatları dayandırmağa çağırdı

Türkiyə Rusiyanı Ukraynadakı əməliyyatları dayandırmağa çağırdı


26-02-2022, 17:40. Разместил: admin
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla danışıb.

“Azadsəs.az” xəbər verir ki, telefon söhbətində Ukraynadakı son vəziyyət müzakirə olunub.

Çavuşoğlu qeyd edib ki, hərbi gənginliyin daha da artırılmasının heç kimə faydası yoxdur, buna görə də hərbi əməliyyatlar dayandırılmalıdır.

Türkiyə XİN rəhbəri əlavə edib ki, ölkəsi Rusiya ilə Ukrayna arasında müzakirələrə ev sahibliyi etməyə hazırdır.
Вернуться назад