Главная > Dünya / Manset > Rusiya hazırda Ukraynanın bu ərazilərinə zərbələr endirir

Rusiya hazırda Ukraynanın bu ərazilərinə zərbələr endirir


26-02-2022, 13:04. Разместил: admin
Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin qoşun qruplaşmalarına və aerodromlara aviazərbələr endirməyi davam etdirirlər.

“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumata görə, Rusiya sözügedən zərbələri Ukraynanın şərqində və Kiyev vilayətinin şimal hissəsində həyata keçirir.

Bildirilir ki, Rusiya tərəfi Ukrayna ilə sərhəd rayonlara ehtiyat bölmələrinin köçürülməsinə başlayıb.

Həmçinin Sumı, Poltava, Mariupol bölgələrinə hava zərbələri endirilib.


Вернуться назад