Главная > Dünya / Manset > Amerikalı konqresmen Xocalı faciəsinin qurbanlarını yad etdi
Amerikalı konqresmen Xocalı faciəsinin qurbanlarını yad etdi26-02-2022, 12:00. Разместил: admin |
ABŞ-ın Arizona ştatını təmsil edən respublikaçı konqresmen Pol Qosar Konqresdəki çıxışı zamanı Xocalı soyqırımının 30 illiyi ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib. “Azadsəs.az” xəbər verir ki, P.Qosar çıxışında deyib ki, bir daha kimsənin eyni aqibəti yaşamaması üçün keçmişdən dərs almalıyıq: “Xanım sədr, 30 il əvvəl 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsini anmaq üçün çıxış edirəm. Mən bir daha bu tarixi faciəni həlak olan insanların xatirəsini yad etmək üçün buradayam”. O, qeyd edib ki, Xocalı faciəsi Azərbaycanın qonşu Ermənistanla münaqişəsi zamanı baş verib: “Qarabağ bölgəsinin Xocalı rayonunda mülki azərbaycanlılar heç bir fərq qoyulmadan hədəfə alınaraq atəşə məruz qalıblar. Nəticədə, 613 nəfərə qədər mülki şəxs həlak olub, daha çox sayda yaralı və girovun olduğu bildirilir”. Konqresmen deyib ki, baş vermiş hadisəni dəyişmək artıq mümkün olmasa da, qurbanları yad edə və dünyaya xatırlada bilərik ki, mülki şəxslərin hədəfə alınması heç bir halda qəbul edilən deyil: “Biz keçmişdən dərs almalıyıq. ABŞ sülhü dəstəkləyərək Xocalıda həlak olanların xatirəsini yad edir ki, bir daha heç kəs eyni aqibəti yaşamasın. Xanım sədr, biz bu gün Xocalı qurbanlarını dərin kədərlə anırıq və onların xatirəsini qəlbimizdə və xatirəmizdə daim yad edəcəyik”. Вернуться назад |