Главная > Dünya / Manset > Azərbaycanlı tələbələr Xarkovda yeraltı keçiddə qalıb - Fotolar

Azərbaycanlı tələbələr Xarkovda yeraltı keçiddə qalıb - Fotolar


26-02-2022, 09:44. Разместил: admin
Azərbaycanlı doqquz tələbə Kiyevdə yeraltı dayanacağa sığınıblar.

“Azadsəs.az” xəbər verir ki, bu barədə jurnalist Əzizə İsmayılova məlumat paylaşıb.

O bildirib ki, bu barədə həmin tələbələr jurnalistin İnstaqramdakı canlı yayımda bildiriblər.

Onlar yeraltı dayanacaqda soyuqdan və aclıqdan əziyyət çəkdiklərini deyiblər. Tələbələr qeyd ediblər ki, onlara təcili kömək lazımdır.

Tələbələrin əlaqə nömrələri +380 636 79 88 86

Dayanacağa sığınanlardan biri də Xarkov şəhərində yaşayan Kazımov Emindir. Onun həyat yoldaşının hamilə olduğu deyilir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Moldova və Polşadan sonra Slovakiya da yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul edəcək.











Вернуться назад