Главная > Dünya / Manset > Kiyev vilayətinə aviazərbələr nəticəsində dinc sakinlər ölüb

Kiyev vilayətinə aviazərbələr nəticəsində dinc sakinlər ölüb


25-02-2022, 20:23. Разместил: admin
Rusiya silahlı qüvvələrinin Kiyev vilayətinin Vışqorodski rayonundakı Maryanovkaya endirdiyi hava zərbəsi nəticəsində 4 dinc sakin həlak olub, 15 nəfər yaralanıb.

“Azadsəs.az” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Kiyev vilayətinin Dövlət Administrasiyası məlumat yayıb.

“Təəssüf ki, Polesye, Maryanovka və Qavrilovkada da mülki itkilər var. Vışqorodski rayonundakı Maryanovkada düşmən qüvvələri rüsvayçılıqla dinc sakinlərə hava zərbəsi endirib. Hazırda 4 nəfərin öldüyü, 15-dən çox yaralının olduğu barədə məlumat təsdiqlənib. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk”, - deyə administrasiya rəhbəri Aleksey Kuleba bildirib.


Вернуться назад