Главная > Dünya / Manset > “Ukrayna Azərbaycan xalqına minnətdardır”

“Ukrayna Azərbaycan xalqına minnətdardır”


25-02-2022, 16:51. Разместил: admin
“Ukrayna dəstəyə görə Azərbaycan xalqına minnətdardır”.

“Azadsəs.az” xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy ölkəsində baş verənlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycan vətəndaşlarından çoxsaylı zənglər gəlib. İnsanlar ölənlərin xatirəsini yad etmək üçün səfirliyə gül dəstələri gətirirlər. Fürsətdən istifadə edərək verdiyi dəstəyə görə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm”, - deyə səfir qeyd edib.

V. Kanevskiyin sözlərinə görə, Azərbaycanda olan xeyli sayda Ukrayna vətəndaşı ölkələrinə qayıtmaq istəyir: “Bildiyiniz kimi, Ukrayna hava məkanı və dəniz yolu bağlıdır. Biz hazırda alternativ marşurutun yaradılması üzərində iş aparırıq. Bu sahədə hər hansı bir yenilik olarsa, səfirliyimiz vasitəsilə ictimaiyyətə məlumat veriləcək”.
Вернуться назад