Главная > Dünya > 18-60 yaşlı kişilər Ukraynadan buraxılmayacaq

18-60 yaşlı kişilər Ukraynadan buraxılmayacaq


25-02-2022, 11:26. Разместил: admin
18-60 yaşlı kişilərin Ukraynadan çıxmasına icazə verilməyəcək.

“Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Lvov Gömrük İdarəsinin rəisi Daniil Menşikov bildirib.

“Hərbi vəziyyətlə əlaqədar olaraq 18-60 yaş arası kişilər Ukraynadan kənara buraxılmayacaq. Xahiş olunur təşviş yaratmayın və icazəsiz sərhədi keçməyə çalışmayın", - o feysbukda yazıb.

Qeyd edək ki, cümə axşamı Ali Rada bütün Ukraynada hərbi vəziyyət tətbiq edib.
Вернуться назад