Главная > Dünya > Axtarışda olan azərbaycanlı Ukraynada tapıldı
Axtarışda olan azərbaycanlı Ukraynada tapıldı24-02-2022, 14:18. Разместил: admin |
![]() Baş Prokurorluqdan "Azadsəs.az"a bildirilib ki, Azərbaycan vətəndaşı Adil Orucovun ekstradisiyası haqqında qərar qəbul edilib. Ağstafa rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib. Cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. A.Orucov Ukrayna ərazisində müəyyən edilərək 2022-ci ilin yanvarında həbs edilib, fevralın 24-də Azərbaycana gətirilib. Вернуться назад |