Главная > Dünya / Manset > Aİ-nin xüsusi iclası keçiriləcək

Aİ-nin xüsusi iclası keçiriləcək


23-02-2022, 23:16. Разместил: admin
Avropa İttifaqı Şurasının xüsusi iclası keçiriləcək.

“Azadsəs.az” xəbər verir ki, görüşün təşəbbüskarı Aİ Şurasının rəhbəri Şarl Mişel olub. O, Aİ-yə üzv ölkələrin rəhbərlərinə göndərdiyi məktubunda yazıb:

“Bizim birliyimizi, qətiyyətimizi davam etdirməyimiz və kollektiv yanaşma və hərəkətlərimizi birgə müəyyən etməyimiz vacibdir. Ona görə də mən sizi fevralın 24-də Brüsseldə keçiriləcək Avropa İttifaqı Şurasının xüsusi iclasına dəvət edirəm”.

İclasda Avropada baş verən son hadisələr, Rusiya-Ukrayna gərginliyi və Aİ-nin Ukraynanı necə dəstəkləyəcəyi müzakirə olunacaq.
Вернуться назад