Главная > Dünya > “Ermənistanla Türkiyə sülhə dair sənəd müzakirə edir”
“Ermənistanla Türkiyə sülhə dair sənəd müzakirə edir”23-02-2022, 15:26. Разместил: admin |
“Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı danışıqların gündəliyinə bir sənəd də daxil edilib. Sözügedən sənədin müzakirəsi ictimaiyyətdən gizli olaraq aparılır”. “Azadsəs.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədrinin müavini, “Hayastan” fraksiyasından deputat İşxan Saqatelyan deyib. “Bu əgər belə deyilsə, onda onlar nə barədə danışıqlar aparırlar?! Söhbət Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasından gedirsə, qoy onda qarşılıqlı səfirlərin təyin edilməsini bəyan etsinlər. Protokol belədir. Bunun başqa ölkələr ilə necə baş verdiyinə baxın. Yox, əgər danışıqlar davam edirsə, bu o deməkdir ki, Ermənistan və Türkiyə arasında barışığa dair sənəd müzakirə olunur”, - deyə Saqatelyan söyləyib. Xatırladaq ki, İrəvan və Ankara ötən ilin sonunda münasibətlərin normallaşması üzrə danışıqlar üçün öz xüsusi nümayəndələrini təyin ediblər. Ermənistan tərəfindən xüsusi nümayəndə parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfindən isə ölkənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç olub. Xüsusi nümayəndələr arasında ilk görüş yanvarın 14-ü Moskvada baş tutub. İkinci görüş isə fevralın 24-ü Vyanada keçiriləcək. Вернуться назад |