Главная > Dünya / Manset > “Delimitasiyası və demarkasiyası prosesinin işə salınması prioritetdir”

“Delimitasiyası və demarkasiyası prosesinin işə salınması prioritetdir”


23-02-2022, 09:25. Разместил: admin
“Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır”.

“Azadsəs.az” xəbər verir ki, bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.

O qeyd edib ki, Rusiya öz tərəfindən, yuxarıda adları çəkilən bütün hədəf və məsələlərə nail olmaq üçün çox iş görüb və görəcək:

“Əlbəttə ki, hər hansı mübahisəli məsələlərə, o cümlədən sərhəd məsələlərinin nizamlanmasına hər cür yardım göstərməyə davam edəcək, mövcud olan kəskin problemlərin həllinə kömək göstərəcəyik.

Ümumiyyətlə, bugünkü danışıqlar aydın göstərdi ki, Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqları var.

Sonda İlham Heydər oğluna bu gün məhsuldar birgə işə görə minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, bu gün əldə olunan razılaşmalar iki ölkə naminə Rusiya-Azərbaycan münasibətlərinin bütün kompleksinin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək”.
Вернуться назад