Главная > Dünya / Manset > Türkiyə “LXR” və “DXR”lə bağlı mövqeyini rəsmən açıqladı
Türkiyə “LXR” və “DXR”lə bağlı mövqeyini rəsmən açıqladı22-02-2022, 12:30. Разместил: admin |
Türkiyə Rusiyanın qondarma “LXR” və “DXR”in müstəqilliklərini tanınması qərarını pisləyib. “Azadsəs.az” xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi tvitter hesabında paylaşım edilib. “Rusiya Federasiyasının qondarma “Donetsk və Luqansk Respublikaları”nı tanıması qərarı Minsk anlaşmalarına qarşı olduğu üçün, Ukraynanın siyasi birliyinin, ərazi bütövlyünün açıq şəkildə pozulması anlamına gəlir. Rusiyanın bu qərarını qəbuledilməzdir və rədd edirik. Ukraynanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına bağlılığımızı vurğulayır, bütün tərəfləri beynəlxalq hüquqlara riayət etməyə çağırırıq” - deyə rəsmi Ankara məsələyə münasibətini bildirib. Вернуться назад |