Главная > Dünya / Manset > Gürcüstan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi
Gürcüstan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi22-02-2022, 10:49. Разместил: admin |
Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) müstəqilliyini tanımasını pisləyib və bunu 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanın tanınması ssenarisinin təkrarı adlandırıb. “Azadsəs.az” xəbər verir ki, bu barədə Zurabişvili Tvitterdə yazıb: “Gürcüstan Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini tanımasını pisləyir. Bu, 2008-ci ildəki ssenarinin təkrarıdır. Prezident Ukrayna Prezidenti Volodimir Zelenskinin yanındadır və Ukraynanın ərazi bütövlüyünü və sülhü dəstəkləyir”. Вернуться назад |