Главная > Dünya / Manset > Kanada polisi nümayişçilərə qarşı kimyəvi maddələrdən istifadə edib
Kanada polisi nümayişçilərə qarşı kimyəvi maddələrdən istifadə edib21-02-2022, 10:21. Разместил: admin |
Ottava polisinin COVID-19 məhdudiyyətlərinə cavab olaraq yük maşını sürücülərinin təşkil etdiyi “Azadlıq karvanı” etirazlarında fəallara qarşı başlanan əməliyyatda təkcə bibər qazı ilə kifayətlənmədiyi məlum olub. Belə ki, yerli televiziya kanallarının canlı yayımladığı əməliyyatda polisin qarşılarında dayanan etirazçılar qrupunu dəf edərkən qıcıqlandırıcı kimyəvi maddələrdən istifadə etdiyi görülüb. Bu fakt Ottava Polis Departamentinin sosial media hesabındakı paylaşımda da təsdiqlənib. Təkcə ötən sutka ərzində təhlükəsizlik qüvvələri daha 47 nəfəri saxlayıb. Bununla da, etiraz aksiyalarında saxlanılan fəalların ümumi sayı 170-ə çatıb. Saxlanılanların çantalarından zirehli jilet, tüstü bombası kimi əşyalar aşkar edilib. Вернуться назад |