Главная > Dünya / Manset > “1915 Çanaqqala” körpüsünün açılışı təxirə salındı

“1915 Çanaqqala” körpüsünün açılışı təxirə salındı


20-02-2022, 20:53. Разместил: admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 26-da açılması planlaşdırılan “1915 Çanaqqala” körpüsünün Çanaqqala zəfərinin ildönümündə martın 18-də açılışına qərar verdiklərini açıqlayıb.

“Azadsəs.az” xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti özünün Tvitter” hesabında yazıb.

“Plandan bir il yarım əvvəl inşası tamamlanan və tezliklə xalqın xidmətinə vermək üçün fevralın 26-da açılışına hazırlandığımız “1915 Çanaqqala” körpüsü vətəndaşların xahişi ilə Çanaqqala zəfərinin ildönümündə - martın 18-də açılacaq”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Türkiyənin Çanaqqala vilayətinin Lapseki və Gelibolu rayonları arasında inşa edilən “1915 Çanaqqala” körpüsü Çanaqqala boğazının ilk, Mərmərə bölgəsinin isə beşinci asma körpüsü olacaq.
Вернуться назад