Главная > Dünya > “Avropalılar Rusiyaya xəbərdarlıq ediblər”

“Avropalılar Rusiyaya xəbərdarlıq ediblər”


19-02-2022, 23:39. Разместил: admin
"Avropalılar və transatlantik ictimaiyyət Rusiyaya Ukraynaya hərbi təcavüzün ciddi səhv olacağı barədə xəbərdarlıq ediblər".

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts 58-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

Kansler Avropada müharibə təhlükəsinin olduğunu və bu riskin hələ də qarşısının alınmadığını, bu məsələnin də iqlim dəyişikliyi və COVID-19 epidemiyası ilə mübarizəni istisna etdiyini bildirib.
Вернуться назад