Главная > Dünya / Manset > Zelenski Putini görüşə dəvət etdi

Zelenski Putini görüşə dəvət etdi


19-02-2022, 21:42. Разместил: admin
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putini görüşə dəvət edib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Rusiya Federasiyasının prezidentinin nə istədiyini bilmirəm, ona görə də görüşməyi təklif edirəm”, - deyə Zelenski Münhen konfransında jurnalistin Putinin Ukrayna ilə bağlı niyyətlərini necə şərh etdiyi ilə bağlı sualını cavablandırarkən deyib.

Həmçinin konfrans zamanı Ukrayna rəhbəri Budapeşt Memorandumunda iştirak edən ölkələrin sammitinin çağırılmasına göstəriş verdiyini bildirib.
Вернуться назад