Главная > Dünya / Manset > Zelenski BMT TŞ-nin sammitini çağırmağı təklif edib
Zelenski BMT TŞ-nin sammitini çağırmağı təklif edib19-02-2022, 20:39. Разместил: admin |
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını təklif edib. “Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında deyib. “Mən yaxın həftələrdə Avropada təhlükəsizlik problemlərinin həlli üçün Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan dövlətlərin sammitini çağırmağı təklif edirəm”. Bundan əlavə, prezidentin sözlərinə görə, o, BMT Təhlükəsizlik Şurasına “Ukrayna üçün yeni, effektiv təhlükəsizlik təminatları hazırlamağı” təklif edir. Zelenskinin sözlərinə görə, Ukrayna “faktiki olaraq boz zonada – təhlükəsizlik boşluğunda” olduğu halda, NATO üzvlüyünü qəbul etmədiyi bir vaxtda belə təminatlara ehtiyac var. Вернуться назад |